Daşkəsəndə dağılmış yol və körpü bərpa edilib
Daşkəsən rayonunda bir müddət bundan öncə aramsız yağan yağışlar nəticəsində qəzalı vəziyyətə düşmüş körpü bərpa edilib.
1937-ci ildə inşa edilmiş və istismar müddəti bitmiş körpü 24 kilometr uzunluğunda olan Dəstəfur-Qıyıxlı avtomobil yolunun 9-cu kilometrliyində yerləşir.
 Metal konstruksiyadan ibarət körpünün uzunluğu 10 metr, hündürlüyü 8 metr, eni isə 3,5 metr idi. Körpünün dayaqları qaya daşlarından inşa edildiyi üçün bəzi hissələri dağılmış vəziyyətdə idi.
Təmir-bərpa işləri zamanı körpü demək olar ki, sökülərək yenidən tikilib. Dayaqlar və hərəkət hissə dəmir-beton, aşırım hissə isə metal konstruksiyalardan yenidən inşa edilib. Körpünün eni 3,5 metrdən 6 metrə qədər genişləndirilib. 24 paqon-metr uzunluğunda təkərqaytaranlar və dəmir mühəccərlər quraşdırılıb.
Körpünün bərpa olunması ilə vətəndaşların rahat gediş-gəlişi təmin olunub.
 Daşkəsən-Xoşbulaq yolunun 5–ci km-də də selin yaratdığı fəsadlar aradan qaldırılıb. Yol daha təhlükəsiz əraziyə doğru genişləndirilib. Genişləndirilmiş hissənin uzunluğu təqribən 100 metrdir.
 Avtomobil yolunun altından suların ötürülməsi üçün iki gözlü, 12 paqon-metr uzunluğunda və1500 mm diametrində boru quraşdırılıb.
 Qeyd edək ki, sel suları bir müddət bundan öncə avtomobil yolunun bir hissəsini və iki ədəd su borusunu sıradan çıxarmışdı.
Tural

Xəbər 430 dəfə oxundu.