Füzulidə rekord miqdarda taxıl istehsal olunub
Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda taxıl biçini başa çatıb, rekord miqdarda taxıl istehsal olunub.
Füzuli Rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayon tarixində ilk dəfə olaraq 120 min 337 ton taxıl tədarük edilib. Bu, Füzuli rayonu üçün rekord göstəricidir. Biçilən taxılın 79 min 481 tonu buğda, 40 min 856 tonu isə arpadır. Hər hektarın məhsuldarlığı buğda sahələrində 33,2 sentner, arpa zəmilərində 34,3 sentnerdir.
Qeyd edək ki, cari ilin məhsulu üçün rayonda 35 min 818 hektarda taxıl yetişdirilib. Bu, əvvəlki illə müqayisədə 4134 hektar çoxdur. Zəmilərin 23 min 895 hektarı buğda, 11 min 923 hektarı isə arpadır.
Tural

Xəbər 186 dəfə oxundu.