Daş, qum, çınqıl, duz ucuzlaşıb
2016-cı ilin yanvar-iyun aylarında 2015-ci ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 7,8 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 7,6 faiz, emal sənayesi üzrə 9,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı üzrə isə 2,5 faiz artıb. Dövlət Statistika Komitəsinin saytında yer alan məlumata görə, 2016-cı ilin iyun ayında may ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 3,9 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 4,7 faiz, emal sənayesi üzrə 0,8 faiz artıb, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı; su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə isə dəyişiklik baş verməyib.Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 4,7 faiz, metal filizlərinin hasilatı üzrə 0,3 faiz artıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,2 faiz azalıb.Ay ərzində emal sənayesində istehsalçı qiymətləri avtomobil və qoşquların istehsalı üzrə 11,0 faiz, toxuculuq sənayesi üzrə 3,1 faiz, neft məhsullarının istehsalı üzrə 1,9 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 0,1 faiz artıb, tütün məmulatlarının istehsalı üzrə 4,2 faiz, kimya sənayesi üzrə 3,0 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 2,6 faiz, içki istehsalı üzrə 1,5 faiz, qida məhsullarının istehsalı üzrə 1,4 faiz, geyim istehsalı və metallurgiya sənayesi üzrə 0,3 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,2 faiz azalıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Tural

Xəbər 148 dəfə oxundu.