“ASAN peşə” Bakı və Gəncədə qəbul keçirəcək
“2016-2017-ci tədris ili üzrə Bakı və Gəncə şəhərlərində ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu Təhsil Nazirliyi ilə “ASAN xidmət” tərəfindən birgə hazırlanmış “ASAN peşə” pilot layihəsi çərçivəsində aparılacaq”. Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin sektor müdiri Cəsarət Valehov bu gün keçirilən brifinqdə deyib. Nazirlik rəsmisi qeyd edib ki, ilk peşə-ixtisas təhsili almaq istəyənlərin qeydiyyatı avqustun 11-dən etibarən Bakı və Gəncədə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində aparılacaq. Nəticələr avqustun 26-da elan olunacaq. “ASAN peşə” layihəsi vətəndaşların rahatlığının təmin olunması, Təhsil Nazirliyi - “ASAN xidmət” əməkdaşlığının səmərəliliyinin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılmasına xidmət edir.
Qeyd edək ki, 2015-2016-cı tədris ilində Bakı şəhərindəki  27 ilk peşə-ixtisas təhsil müəssisəsinə 4411 şagird, Gəncə şəhərlərindəki 6 ilk peşə-ixtisas təhsili müəssisəsinə isə 680 şagird qəbul olunub.

Nigar

Xəbər 209 dəfə oxundu.