Olimpiadalar tarixində ilk dəfə
“Rio-2016 tarixə” mükafatçı ölkələr sırasına yenisinin daxil edilməsi ilə düşüb. Fici tarixində ilk dəfə Olimpiya medalı qazanıb.
Əhalisi 1 milyondan da az olan ada dövləti indiyədək Olimpiya Oyunlarında medal qazanmamışdı. Ficinin ilk uğuru isə Rioda gerçəkləşib. Bu ölkənin reqbi-7 yığması kişilərin turnirində çempion titulunu qazanıb. Ada təmsilçisi finalda Böyük Britaniya yığmasını 43:7 hesabı ilə məğlub edib. Qeyd edək ki, reqbi-7 yarışlarına bürünc medalı CAR qazanıb.

Xəbər 245 dəfə oxundu.