Ermənistanda hərbi maşının aşması nəticəsində 8 əsgər xəsarət alıb
Dünən İrəvan yaxınlığında Ermənistan ordusuna məxsus hərbi maşın aşıb. “News.am” bildirir ki, yol-nəqliyyat hadisəsi Şimal avtovağzalı yaxınlığında baş verib.
Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində 8 əsgər xəsarət alıb. Ümumilikdə yük maşınında 16 əsgər olub. Xəsarət alan əsgərlər hospitala yerləşdirilib. Məlumata əsasən hadisəyə orduya məxsus maşının qarşısına “Niva” markalı avtomobilin çıxması səbə olub.

Xəbər 241 dəfə oxundu.