Rusiyada antiterror əməliyyatları keçirilib
Rusiyanın Sankt-Peterburq şəhərində antiterror əməliyyatları həyata keçirilib. “RİA Novosti” agentliyi bildirir ki, Rusiya İstintaq Komitəsinin əməliyyat ilə bağlı hesabatında baş verən atışmada ölkənin Şimali Qafqaz bölgəsindən olan dörd silahlının öldürüldüyü bildirilir. Əməliyyat zamanı mülki vətəndaşlar arasında xəsarət alan olmayıb.
Bolqarıstanda Nikolayev şəhərinin əhalisinin bir hissəsi evakuasiya edilib
Bolqarıstanın mərkəzində güclü qaz sızmasına görə Nikolayev şəhərinin əhalisinin bir hissəsi evakuasiya edilib. “RİA Novosti” agentliyi xəbər verir ki, sızma təbii qaz sisternləri olan anbarda baş verib. Yerli hökumət anbarın dəmir yolu xəttinin yaxınlığında yerləşməsindən ehtiyat edir. Görülən tədbirlər nəticəsində qaz sızmasının qarşısı alınsa da, partlayış təhlükəsinin hələ də qaldığı bildirilir. Təhlükəsizlik baxımından şəhərdə elektrik verilişi dayandırılıb.

Xəbər 394 dəfə oxundu.