Qara Dəniz Gənclər Şəbəkəsinin görüşü keçirilib
14-20 avqust 2016-cı il tarixlərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Rusiyada keçirilən “Terra Scientia” (“Mənalar sahəsi”) Forumu çərçivəsində Qara Dəniz Gənclər Şəbəkəsinin görüşündə iştirak edib. Görüşdə Azərbaycanla yanaşı Belarusiya, Moldova, Rusiya, Serbiya və digər ölkələrinin Milli Şuralarının və gənclər platformalarının nümayəndələri iştirak edib.
Görüş Qara Dəniz Gənclər Şəbəkəsinin gələcək fəaliyyətinin müzakirəsi və əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə təşkil olunub.
Forum çərçivəsində Rusiya Federasiyasının Gənclərlə İş üzrə Federal Agentliyi, İctimai Palatanın fəaliyyəti ilə tanışlıq görüşləri təşkil olunub. Rusiya Federasiyasının gənclər siyasətinin təqdimatı keçirilib. ARGTMŞ-ın sədr müavini “Terra Scientia” (“Mənalar sahəsi”) Forumu çərçivəsində rəsmilərin iştirakı ilə keçirilən panellərdə iştirak edib. Forumun xüsusi qonağı olan BMT-ın Baş katibinin gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavi paneldə iştirak edib.
Məlumat üçün qeyd edək ki, ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Forumunun təsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.

Fuad






Xəbər 587 dəfə oxundu.