Balakəndə 50 min ədəd tut tingi əkiləcək
Baramaçılığın yem bazasının möhkəmləndirilməsi üçün cari ilin payız mövsümündə Balakən rayonunun ərazisində 50 min ədəd tut tinginin əkilməsi nəzərdə tutulub.Bu barədə rayon icra hakimiyyətinin rəsmisi Məmməd Şərifov məlumat verib.Xatırladaq ki, bu il balakənli kümdarlar 3243 kiloqram yaş barama istehsal edərək “Şəki-İpək” ASC-yə təhvil veriblər. Eyni zamanda, yaz mövsümündə istehsalçılar tərəfindən rayon ərazisində 10 min ədəd tut tinginin əkilməsi təmin olunub. Növbəti illərdə Balakəndə barama istehsalının 15 tona çatdırılması hədəf kimi müəyyən edilib.


Xəbər 186 dəfə oxundu.