Avro bölgəsinin dağılma riski artdı
Dünya iqtisadiyyatının mövcud vəziyyəti ilə bağlı araşdırmalar aparan “Sentix”in hazırladığı anketə görə, avro bölgəsinin 12 ay içərisində dağılmaq riski Yunanıstan və Portuqaliyadakı problemlər səbəbindən artıb. “Sentix”in sentyabr ayında hazırladığı Avro Bölgəsi Dağılma İndeksi (ABDİ) anketinin nəticələrinə görə, avro bölgəsinin hazırkı vəziyyəti əvvəlki aylara görə dəyişməyib. Sentyabr ayının nəticələri heç də müsbət göstəricilərlə yadda qalmayıb.

Dağılma indeksi bu ay daha yüksəkdir

“Sentix” Avro Bölgəsi Dağılma İndeksi, keçən ayki 15,7 faizdən bu ay 16,3 faizə yüksəlib. Bu, anketə qatılan investorların 16,3 faizinin avro bölgəsinin 12 ay içərisində dağılmasının mümkün ola biləcəyini göstərir. Anketə görə, 2016-cı ilin sentyabr ayında belə avro bölgəsinin çökmə təhdidi tamamilə aradan qaldırılmadığı bir halda, xüsusilə Portuqaliya və Yunanıstan iqtisadiyyatları investorlar arasında narahatlıqlara səbəb olmaqda davam edir.
Qeyd edək ki, adıçəkilən indeks, 2012-ci ilin iyun ayından bu yana aylıq olaraq təqdim olunur. İndeksə bağlı ən yüksək dəyər 73 faizlə 2012-ci ilin iyulunda və ən aşağı dəyər isə 7,6 faizlə 2014-cü ilin iyulunda qeydə alınıb. Fərdi və korporativ min 50 investorun iştirak etdiyi son anket isə 22-24 sentyabr tarixlərində reallaşdırılıb.
Nigar

Xəbər 158 dəfə oxundu.