ABŞ-da ibtidai məktəbdə atışma
ABŞ-ın Cənubi Karolina ştatının Taunvil şəhərində ibtidai məktəbdə atışma baş verib.
"TASS"-ın verdiyi xəbərə görə, atışmada 3 nəfər yaralanıb. Yaralananlardan ikisi məktəbli, biri isə müəllimə olub. 47 yaşlı kişinin meyiti isə məktəbdən 3 kilometr aralıqda tapılıb.
Baş vermiş insidentden sonra məktəbdə evakuasiya elan olunub. Atışmada şübhəli bilinən yeniyetmənin, məktəbdə atışmadan qabaq öz atasını öldürdüyü bildirilir.
Tural

Xəbər 148 dəfə oxundu.