Şəhid ailələrinin üzvləri kolleclərdə və AMEA-nın magistraturasında pulsuz oxuyacaqlar
Azərbaycanda şəhid ailələrinin üzvləri orta ixtisas təhsil müəssisələrində (kollec) və Milli Elmlər Akademiyasının magistratura pilləsində təhsil haqqından azad olunublar. Bu məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksinin tapıb.
Layihə barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Layihəyə əsasən dövlət ali təhsil müəssisəsi ilə yanaşı, orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda (AMEA magistratura) ödənişli formada təhsil alan şəhid ailəsi üzvləri təhsil haqqını ödəməkdən azad olunurlar.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Nigar


Xəbər 219 dəfə oxundu.