Yaponiya Rusiya ilə əməkdaşlığı gücləndirməyə çalışır
Yaponiya hökuməti Rusiya ilə iqtisadi əməkdaşlığı gücləndirmək üçün daha yüksək səviyyəli işçi qrupun yaradılması barədə qərar qəbul edib.
Qərar Yaponiyanın Baş naziri Şinzo Abe ilə Rusiya Prezidenti Vladimir Putinin dekabrda keçiriləcək ikitərəfli görüşü ərəfəsində qəbul olunub.
NHK televiziya kanalının yaydığı məlumatda bildirilir ki, yeni işçi qrupa daxil olan hökumət və xüsusi bölmənin nümayəndələri Yaponiyanın təklif etdiyi səkkiz bənddən ibarət planın detalları üzərində işləyəcəklər.
Həmin plana iki ölkə arasında energetikanın və sənaye sahəsində əməkdaşlığın inkişafı məsələləri daxil edilib. Planın məqsədi Rusiya vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılmasıdır.
Rəsmi Moskva isə Rusiyanın Uzaq Şərq regionunda infrastrukturun, o cümlədən aeroportların və dəniz limanlarının inşasını nəzərdə tutan 68 təklif irəli sürüb. Bu təkliflərə xəstəxanaların inşası və Yaponiyaya elektrik enerjisinin verilməsi üçün sualtı kabellərin çəkilməsi də daxildir.
Tural


Xəbər 277 dəfə oxundu.