Bazara intervensiya edilməsi yolu ilə süni qiymət artımının qarşısı alınacaq
"Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC tərəfindən bazarda dövlət ehtiyat ərzaq fondları yaradılacaq. Bunu "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC-nin nümayəndəsi Xaliq Məmmədov deyib. “Ehtiyat ərzaq fondları süni qiymət artımının qarşısını almağa imkan verəcək. Yəni, əgər süni qiymət artımı baş verərsə, ASC buna reaksiya verərək bazara intervensiya edilməsi yolu ilə süni qiymət artımının qarşısını alacaq”, - deyə X.Məmmədov bildirib.
Qurum nümayəndəsinin sözlərinə görə, bu gün ASC-nin qarşısında duran əsas vəzifələrdən biri təkcə satınalan təşkilatların tələbatının yerli istehsal hesabına ödənilməsi deyil, bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maraqlarının qorunmasından ibarətdir. X.Məmmədov əlavə edib ki, yerli istehsal olan məhsulların müasir tədarük modelləri ilə tədarük edilməsi, anbarlanması, çeşidlənməsi və ən yüksək keyfiyyətli məhsulların daxili bazarın tələbatına yönəldilməsi, eləcə də tələbatdan artıq təklifin xarici bazara çıxarılması üçün danışıqların aparılması, xarici ölkələrdə ASC-nin filiallarının, nümayəndəliklərinin istehsal və ticarət bazalarının yaradılması da əsas məqsədlərdən biridir.

Nigar

Xəbər 205 dəfə oxundu.