DSX narkotik alverçilərini saxlayıb
Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı fəaliyyətlərini uğurla davam etdirirlər.
19.11.2016-cı il tarixdə saat 17:30 radələrində qabaqlayıcı əməliyyat məlumatına əsasən həyata keçirilən tədbirlər nəticəsində Cəlilabad rayonunun Əsədli kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində AZ 10 TM 081 dövlət qeydiyyat nömrəli avtomobildə Göyçay rayon sakinləri Məmmədov Nurlan Sakit oğlu, Sultanov Kəyyam Abduləhəd oğlu, Bakı şəhər sakini Xəlilov Natiq Məmmədismayıl oğlu şübhəli şəxs qismində saxlanılmışlar. Avtomobilə baxış zamanı mühərrik hissəsində gizlədilmiş şəkildə bağlamaya bükülü vəziyyətdə narkotik maddə olan 200 qram tiryək və 20 qram heroin aşkar olunaraq götürülmüşdür.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Tural

Xəbər 253 dəfə oxundu.