Şahbuzda şahmat üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib
Muxtar respublikanın Şahbuz rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, birincilik Şahbuz Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Yarışdan əvvəl çıxış edən Şahbuz Rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi İdris Qəhrəmanov, rayon Şahmat Məktəbinin direktoru Əli Gülmalıyev Yeni Azərbaycan Partiyasının yaranması və yarışın keçirilmə qaydaları haqqında şagirdlərə ətraflı məlumat veriblər.
Birincilikdə 24 zəka sahibi “İsveçrə sistemi” ilə mübarizə aparıb. Gərgin keçən mübarizənin sonunda bütün rəqiblərinə qalib gələn Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri Fərid Kərimli I yerə, Fidan Quluzadə II yerə, Yusif Kazımlı isə III yerə layiq görülüblər.
Qalib şahmatçılara təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

Mahmud


Xəbər 293 dəfə oxundu.