Aleksandr Lukaşenko: “Belarusda Azərbaycanın neft-kimya məhsullarına böyük maraq var”
Belarusda Azərbaycanın neft-kimya müəssisələrinin məhsullarına böyük maraq var.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 28-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.
“Neft-kimya sahəsi barədə bu gün çox danışdıq. Bu, yeni istiqamətdir. Siz çoxlu neft-kimya müəssisəsi tikirsiniz. Bizdə bu müəssisələrin məhsullarına böyük maraq var. Çünki bizdə müvafiq zavodlar, kombinatlar var, bu gün onları modernləşdiririk. Mən çox istərdim ki, xammal alışını şaxələndirərkən biz Azərbaycandan olan dostlarımızla işləyək”, - deyə Belarus Prezidenti qeyd edib.
Mahmud


Xəbər 282 dəfə oxundu.