“Son zamanlar ermənilər özbaşına hərəkət edirlər”
“Çox təəssüflər olsun ki, son zamanlar ermənilər özbaşına hərəkət edirlər. Onlar müxtəlif yerlərdə, dairələrdə özlərinə tərəfdar tapırlar. Təəssüflər ki, belə tərəfdarlarda tapılır”. Bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Hamburq görüşü barədə danışarkən deyib.
PA rəhbərinin müavinin sözlərinə görə, hətta ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin müəyyən nümayəndələrinin də belə tərəftarlar tapılır: “Təbii ki, ermənilər bundan istifadə edərək müxtəlif qurumlarda, təşkilatlarda, müxtəlif ölkələrin dairələrində Azərbaycana qarşı açıq-aydın təxribat addımları atırlar. Məsələn, aprel hadisələri ilə bağlı toqquşma, provokasiya harada baş verdi?! Heç kimə sirr deyil ki, bu, Azərbaycan ərazisində baş verib. Bu ərazi bütün dünyanın ölkələri tərəfindən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Azərbaycanın tanınmış ərazisidir. Lakin 25 ildən artıq müddətdə ölkəmizin ərazilərinin işğal altında olmasına baxmayaraq həmsədr dövlətlər və onların nümayəndələri özlərinin yaratdıqları bu beynəlxalq hüquqa, ortaya çıxardıqları qətnamələrə (BMT TŞ-nın qətnamələrinə) uyğun olaraq addımlar atıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində lazımi səy göstərmirlər. Beləcə ermənilərdə bundan istifadə edib bu gün Azərbaycanın imicinə, dünyada qazandığı reytinqə zərər vura biləcək addımlar atırlar.
Düşünürəm ki, biz bu gün daha mütəşəkkil, əzmli olmalıyıq və daha iradəli, sistemi işləməliyik. Təbii ki, bu istiqamətdə Azərbaycanın Xarici İşlər Nazirliyi isə öz fəaliyyətini daha da canlandırmalı və cürətli, qətiyyətli etməlidir”.
Tural

Xəbər 239 dəfə oxundu.