Yanvarda Bakı Heyvanat Parkının 7 mindən çox ziyarətçisi olub
Yanvar ayı ərzində Bakı Heyvanat Parkına gələn ziyarətçilərin sayında ötən illə müqayisədə artım müşahidə olunub.
Parkdan AZƏRTAC-a bildirilib ki, ötən ay parkı 7 min 834 nəfər ziyarət edib. Onlardan 4010-u böyüklər, 3834-ü isə uşaqlar olub.
Eyni zamanda, parka gələn xarici ölkə vətəndaşları arasında İran, Türkiyə, Rusiya, Pakistan və Ərəb ölkələrindən olan turistlər üstünlük təşkil edib.
Mahmud

Xəbər 185 dəfə oxundu.