Azərbaycan sahibkarları İrana səfər edəcək
Azərbaycan sahibkarları İrana işgüzar səfər edəcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, fevralın 22-24-də iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə biznes nümayəndə heyətinin İranın Ərdəbil və Urmiya şəhərlərinə işgüzar səfəri planlaşdırılır.
Səfər çərçivəsində Ərdəbil və Urmiya şəhərlərində İran iş adamları ilə biznes əlaqələrinin genişləndirilməsi məqsədilə biznes-forumun və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Mahmud

Xəbər 253 dəfə oxundu.