Dövlət komitəsi müsabiqə elan edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalar arasında Ümummilli Lider Heydər Əliyevin 94 illiyi münasibətilə “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda məqalə müsabiqəsi elan edir.
Komitənin Mətbuat Xidmətindən verilən məlumata görə, müsabiqəyə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin tənzimlənməsi, xalqımızın milli-mənəvi dəyərlərinin və çoxəsrlik adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi, o cümlədən Azərbaycan dövlətinin İsalm dünyasında vəhdətin, həmrəyliyin gücləndirilməsi istiqamətində gördüyü işlər barədə məqalələr göndərilə bilər. Eyni zamanda, ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant mühitdən, müxtəlif dinlərin və dini konfessiyaların nümayəndələrinin birgəyaşayış mədəniyyətindən, bu sahədə Azərbaycan təcrübəsinin dinlərarası və məzhəblərarası münasibətlərə verə biləcəyi töhfələrdən bəhs edən məqalələr də qəbul olunur.

1.Müsabiqənin şərtləri
- Məqalə innovativ və əhatəli olmalıdır;
- Müsabiqə elan olunduqdan sonra qəzet və ya elektron internet portallarında dərc edilməlidir;
- Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır. (1,5 aralıq məsafə ilə təxminən 3-4 A4 formatlı vərəq həcmində);
- Yazılar qəzetdə dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Dövlət Komitəsinə təqdim olunmalıdır;
- Elektron portalda dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) çap olunmalı və link əlavə edilərək Dövlət Komitəsinə təqdim edilməlidir.

2. Mükafat
I yer – 500 AZN
II yer – 400 AZN
III yer – 300 AZN
Hər biri 100 AZN olmaqla üç həvəsləndirici mükafat.

3. Müsabiqənin müddəti: 2 mart – 20 aprel 2017-ci il
Tural

Xəbər 142 dəfə oxundu.