Oqtay Əsədov: “Azərbaycan investisiya qoyuluşu üzrə cəlbediciliyini qoruyub saxlayıb”
Ötən il dünya iqtisadiyyatında qeyri-müəyyən vəziyyət davam edib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dünya iqtisadiyyatında cərəyan edən proseslərin iqtisadiyyatımıza mənfi təsirlərini azaltmağa imkan verib. Bu sözləri martın 17-də Milli Məclisin iclasında parlamentin sədri Oqtay Əsədov deyib. Sədr bildirib ki, hesabat ilində informasiya və rabitə, kənd təsərrüfatı, turizm sektorlarında əldə olunan artım yüksək qiymətləndirilməlidir. Azərbaycan investisiya qoyuluşu üzrə cəlbediciliyini qoruyub saxlayıb. İl ərzində ölkədə sosial-iqtisadi infrastruktur layihələrinin həyata keçirilməsində 15 milyard manatdan çox sərmayə yatırılıb. 2016-cı ildə Azərbaycan dünyanın təxminən 186 ölkəsi ilə 17,1 milyard dollar məbləğində xarici ticarət əməliyyatları həyata keçirib.
Oqtay Əsədov qeyd edib ki, hökumətin hesabatının Milli Məclisdə dinlənilməsi sosial-iqtisadi məsələlərin obyektiv araşdırılmasına imkan yaradır. Ötən il deputatların irəli sürdükləri təkliflər hökumət tərəfindən diqqətlə araşdırılıb.

Nigar

Xəbər 202 dəfə oxundu.