Sançes Çelsiyə keçmək istəyir
Arsenal"ın hücumçusu Aleksis Sançes futbolçu karyerasını Fransada davam etdirə bilər.
PSJ çilili oyunçu ilə danışıqlara başlayıb. Onun Paris klubuna keçidə müsbət baxdığı iddia edilir.
Qeyd edək ki, A.Sançesin London klubu ilə müqaviləsinin müddəti 2018-ci ilin yayında başa atır.
Başqa bir məlumata görə futbolçunun özü İngiltərəni , xüsusilə də Londonu tərk etmək istəyir. Onun hazırda əsas məqsədi şəhərin digər komandası Çelsiyə keçməkdir.

Xəbər 144 dəfə oxundu.