Gürcüstan şirkəti yeni aviataksiləri istifadəyə verib
Gürcüstanda məşhur olan “Adjara Group Hospitality” (Adjara qonaqpərvərlər qrupu) yeni Aviator aviataksilərin istismarına başlayıb. Yeni aviataksilər həm daxili, həm də beynəlxalq reyslər həyata keçirəcək.
Beechcraft king Air C90 GTx taksi təyyarələri Tbilisi beynəlxalq aeroportundan Gürcüstanın bütün yerli aeroportlarına, eləcə də, Bakı, Yerevan, İstanbul, Trabzon və digər regionlara uçuşlar həyata keçirəcək. Kompaniya gələcəkdə reyslərin sayının artırılmasını və yeni təyyarə parkının yaradılmasını nəzərdə tutub.
Yeni, müasir tipli avadanlıqla tam təchiz olunmuş təyyarə 5 nəfər sərnişin üçün nəzərdə tutulub. Uçuş zamanı sərnişinlərin təhlükəsizliyi, biznes-klasslara cavab verən bütün tələblər yerinə yetiriləcək.
Mahmud

Xəbər 135 dəfə oxundu.