Azərbaycan və Rusiya alimləri sıx əməkdaşlıq edirlər
Azərbaycan və Rusiya alimləri elm və təhsil sahəsində sıx əməkdaşlıq edirlər.
AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 20-də Bakı Dövlət Universitetində keçirilən “Fizikaya müasir baxış” mövzusunda beynəlxalq elmi konfransda Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktor müavini Aleksandır Ruzayev deyib.
Azərbaycanda fizika elminin yüksək səviyyədə inkişaf etdiyini deyən A.Ruzayev qeyd edib: “Bakı Dövlət Universiteti ilə birgə gənc alimlərə dəstək olur, onların elmi ixtiralarını üzə çıxarmaq üçün qrant proqramları təqdim edirik”.
Mahmud

Xəbər 142 dəfə oxundu.