Makedoniyada siyasi qalmaqal
Makedoniya polisinin təxminən 400 əməkdaşı ölkə parlamentinə girişin qarşısını almaq üçün binanın qarşısına yığışıb. TASS informasiya agentliyi xəbər verir ki, bu addım lazımi operativ-təhqiqat işlərinin aparılmasına şərait yaratmaq məqsədi daşıyır. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hazırda parlament binasının daxilində və qarşısında vəziyyət sabitləşib, asayiş bərpa olunub. Xatırladaq ki, oktyabrın 27-də Makedoniya müxalifəti proseduralardan yan keçərək “İnteqrasiya uğrunda Alban Demokratik İttifaqının” üzvü Tələt Cəfərini parlamentin spikeri seçib. Bundan sonra “Vahid Makedoniya Uğrunda” hərəkatının fəalları etiraz əlaməti olaraq Skopye şəhərində parlament binasına daxil olaraq iclas zalına soxulub və iğtişaş yaradıblar. “Sitel” telekanalı insident nəticəsində aralarında deputatların, polis əməkdaşlarının və nümayişçilərin olduğu azı 109 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.

Xəbər 239 dəfə oxundu.