Rumıniyada Türkçülük günü ilə bağlı tədbir keçirilib
“Türkçülük günü” bütün Türk dünyasında hər il təntənə ilə qeyd olunur. Bu münasibətlə - türkçülük ideologiyası ilə yaşayan, bu ideologiyanı təbliğ edən insanları bir araya toplamaq üçün Rumıniyanın Cluj-Napoca şəhərində də türkdilli dövlətlərin birliyini əks etdirən “Cluj Turkoloji Day ” adlı tədbir həyata keçirilib. Tədbirdə rəsmi şəxslər, səfirlik, bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri, elm adamları, ziyalılar, azərbaycanlı, türkiyəli, özbəkistanlı və qazaxıstanlı gənclər, türk mədəniyyətini sevən Rumıniya və başqa xalqlar da iştirak edib. Tədbirin əsas məqsədi iştirakçıları və qonaqları türkdilli dövlətlərin tarixi, mədəniyyəti, milli adət -ənənələri ilə yaxından tanış edib, dostluq, qardaşlıq münasibətlərini inkişaf etdirmək olub. Mərasimdə bəşəriyyətin tarixi inkişafında böyük rolu olan türk xalqlarının birlik və qardaşlığının möhkəmləndirilməsi zərurətindən ətraflı danışılmış, məhz bu birliyin türk xalqlarının gələcək inkişafına güclü təkan verə biləcəyini qeyd edilib. Türk xalqlarının yekdilliyinin, əqidə və məslək birliyinin düşmənlərimizə göz dağı olduğu vurğulanmış və türk ideologiyasının milli və bəşəri keyfiyyətlərindən danışıblar. Tədbirə qatılan türkçülük, Türk dünyasının birlik və bərabərliyi dəstəkləyən Kamran Allahverdiyev də Azərbaycanın böyük bir türk toplumun mədəniyyət beşiyi olduğundan söhbət açıb və qədim tarixi məlumatlarımız və milli keyfiyyətlərimizi diqqətə çatdırıb və “türk dünyasının, türk millətinin gələcəyi üçün hər kəs əlindən gələni etməlidir” şüarı ilə tədbirdə çıxış edib.
Tural

Xəbər 399 dəfə oxundu.