Rusiya əhalisi Türkiyə ilə münasibətlərin yaxşılaşmasını istəyir
Rusiya əhalisinin üçdə biri hesab edir ki, Türkiyə ilə münasibətlər getdikcə yaxşılaşır. Bu, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin apardığı sorğunun nəticələrindən məlum olub.
AZƏRTAC xəbər verir ki, rəyi soruşulanların 49 faizinin fikrincə, Rusiya Türkiyə ilə əməkdaşlığı inkişaf etdirməlidir. 2016-cı ildə bu sorğu iştirakçılarının yalnız 19 faizi bu fikirdə idi. Türkiyənin siyasi proseslərdən uzaqlaşdırılması və bu ölkə ilə iqtisadi əməkdaşlığın məhdudlaşdırılmasına tərəfdar olan rusiyalıların sayı ötən illə müqayisədə 12 faiz azalıb. Eyni zamanda, ölkəsinin Türkiyənin yürütdüyü siyasətə qarşı çıxmasını, lakin iqtisadi-sosial əməkdaşlığı inkişaf etdirməsini düzgün sayan respondentlərin sayı ötən illə müqayisədə 33 faizdən 26 faizə enib.
Bu il aprelin 27-28-də keçirilən sorğuda 1200 respondent iştirak edib.

Mahmud

Xəbər 210 dəfə oxundu.