Niderlandda koalisiya haqqında danışıqlar iflasa uğrayıb
Niderlandda hakim koalisiyanın formalaşdırılmasına dair danışıqlar uğursuzluqla nəticələnib. “Politico” nəşrinin yaydığı məlumata görə, danışıqlarda iştirak edən dörd partiya miqrasiya siyasətində razılığa gələ bilməyib. Bunu koalisiyanın formalaşdırılması üzrə danışıqlara məsul olan Edit Sxippers bildirib. Onun sözlərinə görə, mövcud fikir ayrılığı çox dərin olub. Niderlandın Baş naziri Mark Ryutte öz növbəsində danışıqların iflasını “kədərli” sonluq adlandırıb. Eyni zamanda, “Azadlıq partiyası”nın lideri Gerd Vilders bunu “yaxşı xəbər” kimi dəyərləndirərək qeyd edib ki, onun partiyası hakim blokun yaradılmasına qoşulmağa hazırdır. Xatırladaq ki, mart ayında Niderlandda keçirilən parlament seçkilərində Mark Ryuttenin partiyası qalib gəlib.

Xəbər 129 dəfə oxundu.