İctimai şuraların yaradılması ilə bağlı monitorinq aparılır
«Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı» İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı üzrə İctimai iştirakçılığın genişləndirilməsi ilə bağlı fəaliyyətin monitorinqi " layihəsi çərçivəsində Quba şəhərində tədbir keçirilib. Tədbirdə ekspertlər mövzu ilə əlaqədar məruzə etmiş, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat veriblər. Sonda tədbir iştiraçılarının çoxsaylı sualları cavablandırılıb.
Tədbirdə layihə çərçivəsində hazırlanmış sorğu anketləri paylanmış və sorğu anketinin sualları iştirakçılar tərəfindən cavablandırılıb.
Layihə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn məsələlər üzrə təşəbbüslərə dəstək olmaq, “İctimai iştirakçılıq haqqında qanun”un tətbiqinə, ictimai iştirakçılığın genişlənməsinə şərait yaratmaq, ictimai şuraların yaradılması ilə bağlı real vəziyyəti öyrənmək ictimai şuraların yaradılması prosesini sürətləndirmək, ölkədə səmərəli və effektli idarəetmə prosesində, qərarların hazırlanması və qəbulunda vətəndaş cəmiyyətinin daha geniş şəkildə cəlb edilməsi, eyni zamanda icra hakimiyyəti strukturlarında ictimai nəzarətin səmərəli tətbiqi, həmçinin onların fəaliyyətində şəffaflığın artırılması, bütün QHT-lərin, ictimаi təşkilаtlаrın müvаfiq dövlət qurumlаrının diqqətini bu prоblеmə cəlb еtməк ümumi səyləri birləşdirərəк birgə fəаliyyətə nаil оlmаq, fəаliyyətin еffекtivliyini аrtırmаq məqsədi ilə həyata keçirilir.

Fuad

Xəbər 133 dəfə oxundu.