Salah karyerasını İngiltərədə davam etdirməyə hazırlaşır
“Roma”nın yarımmüdafiəçisi Məhəmməd Salah karyerasını İngiltərədə davam etdirməyə hazırlaşır. Misirli futbolçu “Liverpul”la anlaşıb. 25 yaşlı oyunçunun meneceri “Liverpul” rəhbərliyi ilə görüşmək üçün Londona yollanıb. Baş tutan ilk görüşdə tərəflər ortaq məxrəcə gələ biliblər. Salah “qırmızılar”ın illik 4,5 milyon avro maaş təklifini müsbət cavablandırıb. İndi qalır “Roma”nı bu keçidə razı salmaq. Premyer Liqa təmsilçisinin 34 milyon avroluq ilk təklifini qəbul etməyən “canavarlar” 40 milyon tələb etmişdilər. Klubların yaxın günlərdə 35 milyon avro transfer haqqı və 5 milyonluq bonus qarşılığında anlaşması gözlənilir. Qeyd edək ki, ötən mövsüm A seriyasında 31 oyuna çıxan Məhəmməd Salah 15 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 264 dəfə oxundu.