“Azərbaycanın güclənməsindən hər zaman qürur duyuruq”
Türkiyənin millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
N.Ünüvar Trend-ə açıqlamasında bildirib ki, hazırda bəzi qüvvələrin Azərbaycan və Türkiyə əleyhinə məkrli planlarının olması hər kəsə məlumdur:
“Bunlara baxmayaraq, Azərbaycan və Türkiyə hər zaman parlamağa, inkişaf etməyə davam edəcəklər”.
Millət vəkili qeyd edib ki, Azərbaycan Qafqazın iqtisadi və mədəni anlamda ən böyük ölkələrindən biridir:
"Azərbaycanın güclənməsindən hər zaman qürur duyuruq, çünki Türkiyə ilə Azərbaycan bir millət, iki dövlət olsa da, tək ürəkdir".
Mahmud

Xəbər 307 dəfə oxundu.