Almaniya qaçqınları Yunanıstana göndərir
Almaniya Dublin Konvensiyası çərçivəsində qaçqınları Yunanıstana göndərəcək.
AZƏRTAC xəbər verir ki, Konvensiyaya görə, qaçqının sığınacaq tələbi emiqrantın daxil olduğu birinci ölkədə həll edilməlidir. Yunanıstanın miqrasiya siyasəti naziri İoannis Muzalas bildirib ki, Yunanıstan bəzi Avropa İttifaqı ölkələrinin təzyiqindən sonra qaçqınları qəbul etməyə razılıq verib. Qərar yalnız 2017-ci ilin martından etibarən Almaniyaya daxil olan qaçqınlara aid edilir.
Mahmud

Xəbər 144 dəfə oxundu.