Qafqaz Universiteti sahibkarlarla əməkdaşlıq edəcək
Qafqaz Universiteti daha bir yeniliyə imza atıb. Belə ki, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Qurban oğlu Musayevlə Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç arasında əlaqələrin möhkəmləndirilməsi sahəsində birgə fəaliyyət göstərmək məqsədilə əməkdaşlıq razılaşması imzalanıb. Əməkdaşlıq razılaşmasında əsas məqsəd Azərbaycan Sahibkarlar Konfederasiyasının sərəncamında olan potensial üzrə müasir bilik və təcrübənin universitetdə istifadəsinə, universitet müəllimlərinin və tələbələrinin ASK-nın fəaliyyətinə cəlb edilməsinə və ASK ilə universitet arasında Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın əsas amili kimi biznes mühitinin inkişaf etdirilməsi, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrin inkişafı, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsindən ibarətdir. Əməkdaşlıq razılaşmasının imzalanmasından sonra Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevi universitetlə daha yaxından tanış etmək məqsədi ilə universitet daxilində gəzərək ətraflı məlumat verib.

İLKIN

Xəbər 407 dəfə oxundu.