Ermənistanda zabitlər ölkəni tərk edir
Ermənistanda hərbi hissələrdə qulluq edən zabitlərin əksəriyyəti ölkəni tərk etmək niyyətindədir. İşğalçı ölkədə fəaliyyət göstərən hüquq müdafiəçiləri belə bəyanatla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, hərbiçiləri bu addımı atmağa hərbi hissələrdəki ağır vəziyyətlə yanaşı, işğalçı ölkənin müdafiə nazirinin iyunun 20-də verdiyi yeni əmr vadar edib. Ermənistan müdafiə nazirinin yeni əmrinə əsasən, hərbi təhsil müəssisəsini bitirmiş zabit 10 il başa çatmamış xidmətdən imtina edə bilməz. Bu, baş verərsə hərbiçi hər il üçün hazırda mövcud 250 min dram əvəzinə dövlətə 1 milion dram ödəməlidir. Yeni qərar işğalçı ölkədə hərbiçilər tərəfindən etirazla qarşılanıb. Zabitlərin hüquqlarını müdafiə edən vəkil Norayr Norikyan bildirib ki, əmrdən sonra 17 zabit hüquqlarının bərpa olunması tələbi ilə məhkəməyə müraciət edib.
“Bu, bizim ümumi bəlamızdır və ordunun problemidir. Ermənistanda hərbiçi öz ailəsini saxlamaq iqtidarıda deyil və bu səbəbdən xaricə getmək üçün çıxış yolları axtarır. Bu, yalnız Müdafiə Nazirliyinin deyil, dövlətin strateji problemidir. Hökumət bu sahədə əsaslı dəyişikliklər etməyə borcludur. Elə şərait yaradılmalıdır ki, erməni zabitlər özbaşına xidməti tərk etməsinlər. Müdafiə Nazirliyi bu yolla orduda axının qarşısını almağa çalışsa da bu, mümkün deyil”, – deyə vəkil vurğulayıb. Onun sözlərinə görə, hərbidə sosial şərait olduqca bərbaddır. Hərbiçilərə keyfiyyətsiz qida verirlər. Zabit ailələri dözülməz şəraitdə yaşayırlar. Hərbi hissələrdə isə intizamsızlıq hökm sürür.
Mahmud

Xəbər 212 dəfə oxundu.