Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb
Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb.
 
APA-nın məlumatına görə, o, sabah Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstan xarici işlər naziri Mixeil Canalidze ilə 6-cı üçtərəfli görüşdə iştirak edəcək.
 
Türkiyəli nazirin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü gözlənilir.
 
Mixeil Canalidze bu gün axşam saatlarında Bakıya gələcək.
 
Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq.
 
Səfər zamanı nazirlər arasında ikitərəfli görüşlər də baş tutacaq.

Xəbər 160 dəfə oxundu.