Fransa neft-qaz hasilatını 2040-cı ildə dayandıracaq
Fransa neft və təbii qaz hasilatını 2040-cı ildə dayandırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Fransa hökumətinin yeni qanun layihəsinə görə, ölkənin quru və bütün dəniz sərhədləri daxilində neft-qaz axtarışı və istehsalı fəaliyyətinə 2040-cı ildə dayandırılması nəzərdə tutulur.
Fransa Prezidenti Emmanuel Makron ölkəni 2050-ci ilə qədər karbondan təmizləmək istəyir. Nazirlər Kabinetinə təqdim olunan layihədə Fransanın şirkətlərə neft və qaz axtarışına dair icazələr verməməsi də öz əksini tapıb. Mövcud icazələr isə 2040-cı ildə başa çatmaq şəri ilə mərhələli şəkildə məhdudlaşacaq.
Ölkədə benzin və dizellə işləyən nəqliyyat vasitələrinin satışının da 2040-cı ildə qadağan edilməsi nəzərdə tutulur.


Mahmud

Xəbər 119 dəfə oxundu.