“Azərbaycan yüksək iqtisadi potensiala malikdir”
İranlı iş adamları Rusiya, Belarus, Ukrayna və Şimali Qafqazla əlaqə körpüsü olaraq Azərbaycanın potensialından istifadə edə bilərlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. Azərbaycanın iqtisadi potensialının artdığını bildirən diplomat qeyd edib ki, İran öz məhsullarının əsas ixracatı üçün Azərbaycandan istifadə edib, yeni bazarlar tapa bilər.
C.Cahangirzadə İran və Azərbaycan prezidentlərinin razılaşmasına əsasən, Neftçalada avtomobil zavodunun inşa edildiyini xatırladıb. Nəzərə çatdırıb ki, indiyə qədər bu layihənin təxminən 90 faizi həyata keçirilib. Zavodun istifadəyə verilməsi ilə İran Azərbaycanın avtomobil bazarında böyük paya sahib olacaq.
Səfir bildirib ki, Azərbaycan Respublikası sürətlə inkişaf edir və yüksək iqtisadi potensiala malikdir.

Mahmud

Xəbər 197 dəfə oxundu.