Çənlibel kənd xəstəxanası əsaslı təmir olunub
Şəmkirin Çənlibel kənd xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Prezident İlham Əliyevin səhiyyə sistemində apardığı uğurlu islahatlardan, regionlarda tibb ocaqlarının bərpa etdirilməsinə, sağlam cəmiyyətin formalaşmasına, əhaliyə daha yaxşı tibbi xidmətin göstərilməsinə yaratdığı şəraitdən danışıb.
Sonda tədbir iştirakçıları xəstəxanada yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, daxili imkanlar hesabına təmir edilən Çənlibel kəndində istifadəyə verilən xəstəxana ətraf kəndlərin də sakinlərinə müasir tələblərə uyğun tibb xidməti göstərəcək.


Mahmud

Xəbər 221 dəfə oxundu.