Ermənistan parlamentində terror aktına görə məhkum olunmuş şəxs ölüb
1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində törədilən terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş Eduard Qriqoryan ürəyində yaranan problemlər səbəbindən xəstəxanada ölüb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin cinayət-icra idarəsinin mətbuat katibi Qor Qleçyan bildirib.
Xatırladaq ki, 18 il bundan əvvəl bir qrup silahlı şəxs Ermənistan parlamentinə hücum edərək deputatlara və hökumət üzvlərinə atəş açmışdı. Hücum nəticəsində parlamentin sədri Karen Demirçyan, baş nazir Vazgen Sarkisyan, parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, deputatlar Mikael Kotanyan, Armenak Armenakyan, Henrix Abramyan və operativ məsələlər üzrə nazir Leonard Petrosyan həlak olmuşdu.
Terrorçuların məhkəmə prosesi 2001-ci ildən 2003-cü ilə qədər davam etmiş, hücumda iştirak edən 6 nəfər, o cümlədən qrupun lideri Nairi Unanyan ömürlük həbs cəzasına məhkum olunmuşdu.

Xəbər 117 dəfə oxundu.