Azərbaycan-Fransız Universitetində seminar təşkil olunub
Noyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Ali təhsildən gözləntilər" mövzusunda seminar keçirilib. Bu haqda universitetdən redaksiyamıza məlumat verilib.
Tədbirdə nazirliyin nümayəndələri, təhsil ekspertləri, ali məktəblərin mətbuat xidmətlərinin rəhbərləri iştirak ediblər.
Seminarda Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyevin "Tələbə qəbulunun nəticələrinin təhlili" mövzusunda təqdimatı dinlənilib.
Bildirilib ki, son illərdə ali təhsil müəssisələrinə qəbul olunanların orta bal göstəricisi artıb. Bu il qəbul imtahanlarında 2.472 nəfər 600 baldan yuxarı nəticə göstərib. Magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri əvvəlki tədris ilinə nisbətən 36,3 faiz atıb.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.


Mahmud

Xəbər 102 dəfə oxundu.