Bakı Fransız Liseyi şagird qəbuluna başlayıb
2011-ci ilin oktyabr ayında Fransa prezidenti Nikolya Sarkozi tərəfindən təməli qoyulan Bakı Fransız Liseyi 2013-2014-cü tədris ilində ilk şagirdlərini qəbul edəcək.
Fransanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, lisey əməkdaşlıq etdiyi paytaxt məktəblərinin birində müvəqqəti olaraq yerləşəcək, 2014-cü ildən isə Ağ Şəhərin mərkəzindəki binasına köçəcək. Artıq liseydə tədris almaq üçün ərizələrin qəbulu başlayıb. Arzu edən şəxslər liseyə müraciət edə bilər.

Xəbər 1477 dəfə oxundu.