Finlandiya poçtu əlavə xidmətlər göstərəcək
Finlandiya poçtu əhaliyə göstərdiyi xidmətlərin siyahısını genişləndirməyi planlaşdırır.
İndi poçtalyonlar ünvana məktubla bərabər, internet-mağazalardan yemək çatdırmaqla, habelə zibil daşımaqla məşğul olacaqlar. Bundan əlavə, onlar çatdırılma ilə əsla bağlı olmayan peşələrə, məsələn, xəstə baxıcılığına yiyələnməli olacaqlar.
Finlandiya poçtu son illərdə fəal surətdə əlavə gəlir mənbələri axtarır. Poçtalyon peşəsinə aidiyyəti olmayan işlərlə məşğul olmaq poçtalyonlar üçün adi işə çevrilib.
Ötən il yay mövsümündə onlardan tez-tez məzuniyyətə gedən müştərilərin güllərini sulamağı, qazonlarını biçməyi, yaxud qapı-pəncərələrini yoxlamağı xahiş edirdilər. Bu yaxınlarda poçt məlumat verib ki, diqqətini iki əsas istiqamətə - zibil daşımağa və xəstə baxıcılığına yönəldəcək.
AZƏRTAC

Xəbər 196 dəfə oxundu.