ABŞ rəsmisi: “Yerusəlimlə bağlı qərar İsrail və Fələstinin sərhədlərinə aid deyil”
Rəsmi Vaşinqton Yerusəlimin İsrailin paytaxtı kimi tanınması qərarı ilə şəhərin sərhədlərinə dair mövqeyini müəyyənləşdirməyib.
APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.
“ABŞ sərhədlərə dair mövqe ortaya qoymayıb. Yerusəlimlə bağlı məsələ israillilər və fələstinlilər arasında danışıqlar çərçivəsində həllini tapmalıdır”, deyə diplomat bildirib.
Onun sözlərinə görə, ABŞ-ın hərəkətləri bölgədə sülhə nail olmağa köklənib.
Qeyd edək ki, dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Yerusəlimə köçürüləcəyini bəyan edib.

Xəbər 221 dəfə oxundu.