“Azərbaycana qarşı mümkün təhdidlərə lazımı cavab veriləcək”
“Hazırda bütün dünyada təhdidlər var. Azərbaycan da dünyadan təcrid olunmadığı üçün bu təhdidlər Azərbaycana qarşı da olub və indi də ola bilər”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov deyib.
O bildirib ki, gələn il Azərbaycanda prezident seçkiləri normal keçiriləcək, ictimai-siyasi sabitlik qorunub saxlanılacaq: “Bizim təhlükəsizlik orqanları çox güclüdür və öz işini yüksək səviyyədə qurub və təhlükəsizliyə tam nəzarət edir. Onlar mümkün hər bir təhdidə qarşı da lazımı cavab verəcəklər”.

Xəbər 128 dəfə oxundu.