Türklərin ən çox səyahət etdiyi 10 ölkədən biri Azərbaycandır
“Milliyyet.com” saytı türklərin ən çox səyahət etdiyi 10 ölkənin adını açıqlayıb. Saytın yaydığı məlumata görə, türklərin ən çox getdiyi 10 ölkə arasında Gürcüstan birinci yeri tutduğu halda, onu Yunanıstan, Bolqarıstan və Almaniya izləyib.
Türkiyə Səyahət Agentliyi Birliyinin (TURSAB) məlumatına görə, 2016-ci ildə ümumilikdə 8 milyon 62 min türk xaricə səfər edib. Bəzi səfərlər turizm məqsədli ilə olsa da, digərləri biznes, təhsil və qohumlarla görüş olub. Ən çox ziyarət edilən ölkələr sırasında Gürcüstan 1 milyon 173 min nəfərlə ilk sırada yer alarkən onu 786 min nəfərlə Yunanıstan, 783 min nəfərlə Bolqarıstan, 532 min nəfərlə Almaniya, 314 min nəfərlə ABŞ izləyib. Daha sonra isə 244 min nəfərlə İran, 215 min nəfərlə İtaliya, 212 min nəfərlə Azərbaycan, 136 min nəfərlə Fransa, sonra isə 124 min nəfərlə Müstəqil Dövlətlər Birliyi yer alır. “Rekor Turizm”in rəhbəri Mustafa Kiper məsafə yaxınlığının, ucuzluğun və vizaların asanlaşdırılmasının bayram üçün ölkənin seçimində həlledici faktor olduğunu söyləyib.

“Qardaş ölkə Azərbaycan 8-ci yeri tutub”

“Milliyyet.com” yazır ki, “Qardaş ölkə Azərbaycan 8-ci yeri tutub.” Azərbaycanın ən çox ziyarət edilən səkkizinci ölkə olduğunu bildirən Kiper deyib ki, "İldə 200 mindən çox türk Azərbaycana gedir. Onların bir qismi iş, təhsil, qohum ziyarəti olsa da yenə tətil məqsədi ilə gedişlər də önəmli yer tutur. Paytaxt Bakıdan başqa Sumqayıt, Mingəçevir və Gəncə böyük şəhərlərdir və Naxçıvan Muxtar Respublikası da Azərbaycanın tərkibindədir. Azərbaycan vizasını sərhəd qapısında almaq mümkündür”.

Nigar

Xəbər 309 dəfə oxundu.