Андраник Никогосян: “Sabah da deyərlər ki, Andranikin abidəsini sökün”
Xatırlayırsınızsa, bir müddət bundan əvvəl Moskvanın “Ermənistanla bağlı” bəzi addımlarına haqq qazndıran Rusiya Strateji İnkişaf İnstitutunun baş direktoru Andranik Nikoqosyan ermənilərin “1in.am” saytına müsahibə verib. Təbii ki, erməni kimi, yalançı xislətini ortaya qoymaqla.
Gərək ki, Saratovda keşiş ailəsində dogulmuş inqilabçı-demokrat Nikolay Çernışevskinin sözləridir, deyirdi ki, “erməniyə nə qədər yaxşılıq eləsən belə, yenə də nə vaxtsa o öz erməni simasını göstərəcək”.
Beləliklə, bir müddət bundan əvvəl abidəsi qoyulmuş faşist tulası Gareqin Njde barədə Rusiya Dövlət Dumasındakı dəyirmi masada səsləndirilən fikirlər İrəvanda birmənalı qarşılanmayıb. Ermənilər Njdenin abidəsinin sökülməsi tələbi ilə Rusiyada başlanan imza toplanmasını, özlərinə, “suveren Ermənistan” üçün təhqir kimi dəyərləndiriblər. Məhz bu mövqedən çıxış edən Andranik Nikoqosyan bunun Rusiya tərəfindən atılan yanlış bir addım kimi qiymətləndirir. Nikoqosyana görə, buna ilk olaraq Rusiyada yaşayan erməni icması və Ermənistanın Rusiyadakı səfirliyi etiraz bildirməlidir: “Bir də bu heykəli kim sökə bilər? Biz buna qarşı cıxmalıyıq”-deyə Nikoqosyan bildirir.
Sayt əməkdaşının “sizcə, bu, Azərbaycanın aqressiv fəaliyyətinin təzahürüdürmi?-sualına Nikoqosyan bunu istisna etmədiyini və bunun Moskva tərəfindən irəli sürülən təşəbbüs olmadığını bildirir.
-Bunun qarşısını almaq üçün nə etmək lazımdır?-sualını verən sayt əməkdaşına Nikoqosyan yenə də Ermənistan Xarici İşlər Nazirliyini, səfirliyi, erməni icmasını və cəmiyyəti buna qarşı səfəbər olmaga çagırır: “Biz, deyəsən, Ermənistan qarşısında yaranmış problemlərdə boşluqlara yol vermişik. Məni əsas qorxudan odur ki, sabah başqa abidələrimizi, məsələn Andranikin abidəsinin sökülməsini tələb edərlər. Bəli, hazırda onlar imza toplayırlar, sonra nə edəcəklər? Bütün bunlar necə başa çatacaq? Bu gün Rusiyada Ermənistan əleyhinə fikirlər yoxdur(?), Ermənistan əleyhinə hisslər virtual bir sahədədir, bu barədə yalnız bir neçə nəfər Yerevanda, bir neçə nəfər isə Rusiyada danışır”-deyən Nikoqosyan, bunula elə bil Ermənistandan qaçmaga çalışan ermənilərə təsəlli verir. O, hətta, ABŞ tərəfindən Rusiyadakı səlahiyyətlilər və iş adamlarına qarşı tətbiq edilmiş sanksiyaların Ermənistana heç bir təsir göstərməyəcəyini də çox ehtiyatla bildirir: “Təbii ki, bunlar vəziyyəti daha da ağırlaşdıracaq, amma Ermənistana heç bir təsiri olmayacaq, biz Rusiya ilə ticarətimizi daha da inkişaf etdirməliyik”.
Belə bir deyim var: “Gəmi batanda birinci gəmini siçovullar tərk edir”. Belə görünür ki, erməni xofu hələ ki, onları gəmidə qalmaga məcbur edib...
Agasəf Babayev

Xəbər 123 dəfə oxundu.