Sənaye müəssisələri yenidən qurulacaq
"Azərbaycanda onlarla müəssisənin yenidən qurulması və işləmə mexanizmlərinin müasir texnologiyaların tətbiqi ilə bərpa edilməsi nəzərdə tutulub". Bunu "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə "Regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı" dövlət proqramının icrasının dördüncü ilinin yekunları: qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə deyib.
"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin nizamnaməsində əks olunan vəzifələrdən biri də yeni sənaye sahələrinin, o cümlədən sənayedə enerjidən istifadə edən, ekoloji cəhətdən əlverişli və yüksək əlavə dəyər yaradan istehsalat sahələrinin yaradılması ilə bağlı tədbirlərin görülməsidir. Həyata keçiriləcək tədbirlər öz növbəsində nəzərdə tutulan islahatları əhatə edən müəssisələrdə işçi qüvvələrinə də ehtiyac yaradacaq ki, bu da işsizliyin qarşısının alınması ilə bağlı ölkə başçının tapşırığının icrasını təmin edəcək", deyə baş direktor vurğulayıb.

Nigar

Xəbər 134 dəfə oxundu.