”ArmenianReport”: ”Ölkə kasıblarının sayı Ermənistanın xarici borcu kimi gündən-günə artmaqdadır”
“Bu illər ərzində Qarabağla bağlı da biz heç bir şeyə nail olmamışıq”

Xatirimdədəir, 2016-cı ilin aprelində Azərbaycan Ordusunun erməni ordusunun 20 il ərzində möhkəmləndirdiyi istehkamları yararaq strateji yüksəklikləri ələ keçirməsini “Lragir” saytı İrəvana bir nesə istiqamətdən vurulan zərbə kimi dəyərləndirmişdi. Həmin saytda yer alan məqalənin müəllifi Naira Ayrumyan öz ölkəsini müstəqillikdən uzaq, müstəmləkə dövlət kimi təqdim etmişdi: «Ermənistanın müttəfiqləri yoxdur, sadəcə Ermənistanı istiqlaliyyətdən məhrum edərək müstəmləkəyə çevirmiş Rusiya var» -yazan erməni yazar daha sonra: «Ermənistanın xarici siyasəti də metropoliyaya işləyir - öz maraqlarını irəli sürmür, öz xalqını qurban verir»-deyə bildirmişdi. Təbii ki, erməni yazar dedikləri ilə Ermənistan reallıqlarını ortaya qomuşdu. Həmin vaxtdan müəyyən dövr keçsə də, heç nə dəyişməyib. Ermənistanın «ArmenianReport» saytında yer alan bu yazını da Naira Ayrumyanın yazısının davamı kimi dəyərləndirmək olar. 2000-ci il mart hadisələrinə diqqət çəkən sayt, sonrakı 10 il ərzində də Ermənistanda müsbət istiqamətdə heç bir dəyişikliyin baş vermədiyini önə çəkir və bəlkə də, istehza ilə «biz müasir bir tarixə sahib bir ölkəyik»-deyə bildirir. Sayt daha sonra yazır: «Bizim analitiklər Ermənistanın siyasi sistemini 2010-cu ilin əvvəlində üç köhnə prezidentin üçbucağı kimi təsvir etməyi sevirlər. Belə ki, onlar bu prezidentlər arasındakı əlaqələrin kompleks bir sisteminin qurulduğunu bildirirlər. Lakin mən şəxsən belə hesab edirəm ki, bu üçbucağın pozuçusu Levon Ter-Petrosyan təqaüdə göndərildi. Sonrakı prezident Robert Koçaryan haqqında hələ də heç bir şey eşidilmir. Ancaq Ermənistanda enerjili baş nazir, siyasi sistemin prezidenti Armen Sarkisyan oldu. İlk olaraq siyasi sistemi gəncləşirdiməyə- Arpine Hovannisyan, Armen Aşotyan, Viqen Sarkisyanı siyasi səhnəyə gətirməyə başladı. Bununla yanaşı, elə həmin sistem vasitəsilə yeni konstitusiya nizamnaməsində kartları qarışdırdı, baş nazirə yeni səlahiyyətlər verərək, əksinə, prezidenti səlahiyyətsiz bir fiqura çevirdi. Sual olunur, əslində nələr olur? Bu, sistemin mahiyyətini dəyişəcəkmi?

“Bu gün hökumətimizdə ən çox yağlı ləkə isə bizim hələ də gerçək dövlət müstəqilliyinin olmamasıdır. 2008-ci ildə olduğu kimi, bu gün də Ermənistan hakimiyyəti Moskvanın göstərdiyi istiqamətə baxır”

Əsla yox! Ermənistan məhkəmələrində hələ ədalətsizlik hökm sürməkdədir. Hələ də insanlar ölkədən qaçmaqda israrlıdırlar. Ölkə kasıblarının sayı Ermənistanın xarici borcu kimi gündən- günə artmaqdadır. Bu illər ərzində Qarabağla bağlı da biz heç bir şeyə nail olmamışıq. Bu da bizim ümumi ləkəmizdir.
Bu gün Ermənistan müxalifəti də insanları hərəkətə gətirməyə qadir deyil. Bu, çox cəhətdən, onun günahıdır. Bu gün müxalifətin bütün oyunu ictimaiyyət üçündir. Bu gün Ermənistanda qonşu ölkələrdə, məsələn elə Gürcüstanda olan siyasi mədəniyyətimiz yoxdur.
Bu gün hökumətimizdə ən çox yağlı ləkə isə bizim hələ də gerçək dövlət müstəqilliyinin olmamasıdır. 2008-ci ildə olduğu kimi, bu gün də Ermənistan hakimiyyəti Moskvanın göstərdiyi istiqamətə baxır. Beynəlxalq təşkilatlarda Rusiyanın göstərişi ilə mandat qaldırır. O Rusiya ki, bu gün də bizim təhlükəsizliyimizi qorumaq əvəzinə, bizim üçün təhlükə mənbəyinə çevrilməkdədir.
Bütün bunlar hamısı bizim üçün ləkədir. Bizim vəzifəmiz bu ləkələri tariximizdən, ölkəmizdən təmizləməkdir. Bunun üçün biz bunu yerinə yetirən nəsillər yetişdirməliyik».
Təbii ki, erməni yazar bütün bunlara nail olmaq üçün ilk olaraq, qonşu ölkələrlə yaxşı münasibətlərin qurulmasının vacibliyini yazmağı unudur.
Ağasəf Babayev

Xəbər 249 dəfə oxundu.