“Armavia“ aviaşirkəti təyyarələrini və əmlakını satışa çıxardı
Ermənistanın "Armavia" aviaşirkəti təyyarələrini və əmlakını satışa çıxardığını elan edib. Bunu şikətin mətbuat katibi Nana Avetisova deyib.
"Armavia" bu ilin aprel ayında uçuşları dayandırdığını və müflis olduğunu elan etmişdi. Avetisova deyib ki, bu yolla borcları ödəməyi planlaşdırırlar. Onun sözlərinə görə, şirkətə borclu olanlar da var. O, satılan təyyarələrin sayını açıqlamaqda çətinlik çəkib. Avetisova şirkətin borcunun həcmini açıqlamayıb.

Xəbər 343 dəfə oxundu.